Xaricdə yaşayan azərbaycanlılardan Ordumuza dəstək

Müzəffər ordumuzun maddi-texniki və digər təchizatının yüksək səviyyədə təmin olunmasına baxmayaraq, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları orduya və mülki əhaliyə dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya verilən xəbərə görə, Almaniyada yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı diaspor fərdləri hərbi geyim və tibbi ləvazimatı, Türkiyədəki Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar müxtəlif zəruri məhsullardan ibarət 2.3 ton humanitar yardımı, Ukrayna Azərbaycanlıları Konqresi 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib.
Bundan başqa, Rusiyada fəaliyyət göstərən “Azərbaycan-Ural” Sverdlovsk Azərbaycanlılarının İctimai Təşkilatı Sverdlovskda yaşayan azərbaycanlıların adından 2 ədəd Dermatom cərrahi aparatını və onun əlavə ehtiyat hissələrindən ibarət dəsti Komitəyə çatdırıb.
Bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar şəhid ailələrinə yardım və digər məqsədlər üçün Azərbaycan Diasporuna Dəstək Fonduna yüz minlərlə ianə köçürüblər.
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızdan gələn yardımları ehtiyacı olan insanlara çatdırılması üçün aidiyyatı qurumlara təhvil verib.
Azərbaycan diasporunun ordumuza, cəbhəyanı zonada yaşayan mülki əhaliyə, erməni terrorundan zərər çəkənlərə yardımları davam edir və Komitəyə hər gün bu məqsədlə yüzlərlə müraciət daxil olur.



Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO












