Xarici ekspert: "Azərbaycanda temperatur daha sürətlə yüksələcək"

Azərbaycanda temperaturun dünya üzrə orta göstəricidən daha sürətlə yüksələcəyi proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu İsveçrənin təkrarsığorta nəhəngi - "Swiss Re" şirkətinin vitse-prezidenti Gepa Jansen Klaus Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024), "İqlim dəyişikliyinin təsiri altında sığorta" adlı panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, temperaturda emissiya ssenarisindən asılı olaraq 2090-cı illərə qədər 4,7 %-ə qədər artım gözlənilir:
"Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə qarşı müdafiəsiz hesab olunur və Notr Dam Qlobal Uyğunlaşma İndeksində ("ND Gain Index") 181 ölkə arasında 73-cü yerdə qərarlaşıb. Quraqlıq çox güman ki, kənd təsərrüfatında məhsuldarlığı azaldacaq, səhralaşmanı və torpağın şoranlığını artıracaq. Eyni zamanda, temperaturun yüksəlməsi daşqınlara və potensial sürüşmələrə səbəb ola biləcək ekstremal yağıntıların baş vermə ehtimalını artıracaq", - deyə o qeyd edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












