Xarici nömrə ilə maşın sürənlərin ölkəni tərk etməsi tələb olunmur – RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycanda yerli sürücülərlə yanaşı başqa ölkələrdən şəxsi avtomobillə ölkəmizə gələn əcnəbi vətəndaşlar da var. Həmin sürücülər hələ də gəldikləri ölkənin nömrəsi ilə nəqliyyat vasitəsi idarə edirlər. Bu da onlara müəyyən məsələlərdə çətinlik yaradır. Belə ki, pandemiyadan əvvəl istər Gürcüstan, istər Rusiya, istərsə də İrandan gələn xarici ölkə qeydiyyatında olan həmin şəxslər sərhədlər bağlandığına görə Azərbaycanda qalmağa məcbur olublar.

Avtosfer.az xəbər verir ki, xarici ölkə qeydiyyatlı avtomobillə ölkəmizə gələn şəxslər həmin ölkə nömrəsi ilə avtomobil sürərkən problemlə üzləşir. Onları narahat edən sualları Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadəyə ünvanladıq. Şöbə rəisi açıqlamasında bildirdi ki, xarici dövlət qeydiyyatlı nəqliyyat vasitələri xarici vətəndaşlar tərəfindən öölkəyə müvəqqəti gətirilərkən onlara 90 gün müddətində icazə verilir:

“Qanunvericilikdə göstərilir ki, il ərzində həmin sürücülər heç bir təxliy edilmədən avtomobildən 90 gün ərzində istifadə edə bilər. əgər həmin şəxs 90 gündən artıq ölkədə qalırsa və onun qalması ilə əlaqədar rəsmi sənədləri varsa, bu müddət 1 ilə qədər artırıla bilər. lakin 1 ildən artıq həmin şəxsin ölkə ərazisində qalmasına icazə verilmir. Həmin 1 il bitənə yaxıın müddətə qədər əcnəbi vətəndaş istifadə etdiyi xarici ölkə qeydiyyatlı nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarmalıdır.
Pandemiya səbəbilə dövlət sərhədlərindən keçidlər məhdudlaşdırıldığına görə pandemiyadan əvvəl ölkəyə gələn nəqliyyat vasitələri hazırda ölkə ərazisində idarə olunur. Məhz keçidlər məhdudlaşdırıldığına görə əcnəbi şəxslərin nəqliyyat vasitələrinin ölkədə idarə edilməsi müddəti ilə bağlı bu məsələlər nəzərə alınıb. Yəni həmin şəxslərin mütləq şəkildə ölkə ərazisini tərk etməsi tələb olunmur”.
Səfər
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












