Xarici ölkələrdə AQTA-nın saxta ixrac sertifikatı hazırlanıb

Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) İsrailin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub. Təqdim olunan fitosanitar sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədlər üzərindəki QR kodlar oxunarkən müxtəlif xarici ölkələrdə yaradılan saxta “e-afsa.com”, “storage2.me-qr.com” və “cdn.qr-code-generator.com” domeninə yönəlmə olur.
Bildirilib ki, AQTA-nın rəsmi domeni “e-afsa.gov.az”dır. Agentlik tərəfindən təqdim olunan sertifikatlar QR kod vasitəsilə oxunarkən yalnız AQTA-nın rəsmi domeninə yönləndirmə baş verir.
Aşkar olunan uyğunsuzluq barədə İsrailin aidiyyəti qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün digər zəruri sənədlər istənilib.
Saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
Agentlik bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda təsərrüfat sahiblərindən xahiş olunur ki, Agentliyin təqdim etdiyi sertifikatların QR kodunu oxutduran zaman rəsmi “e-afsa.gov.az” domeninin yazılmasına diqqət etsinlər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












