Xarici ölkələrdən Qarabağa gələn bəzi terrorçuların kimlikləri məlum olub

Ermənistan tərəfində muzdlu kimi döyüşmək üçün xarici ölkələrdən Dağlıq Qarabağa gələn bəzi terrorçuların kimlikləri məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə ünvanladığı məktubda məlumat verib.
"Fransa vətəndaşları - Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs), “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir, Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarusiya vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub" - K.Əliyev bildirib.
Baş prokuror əlavə edib ki, həmçinin, Ermənistan işğalından azad edilən ərazilərə baxış keçirilən zaman aşkar edilən 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilib və bu qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edir.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












