Xəbərdarlıq; bu küçələrdə hərəkət tam dayandırıldı - FOTO

Bakının mərkəzi küçələrindən birində hərəkət tam dayandırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Zərifə Əliyeva küçəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Belə ki, hazırda Zərifə Əliyeva-Rəşid Behbudov və Zərifə Əliyeva-Səməd Vurğun küçələrinin kəsişmələrində hərəkət tam dayandarılıb. Bundan əlavə, 28 May küçəsindən və Neftçilər prospektəndən Bülbül prospektinə qədər olan hissədə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Hazırda yalnız 28 May küçəsində düzünə hərəkət mümkündür. Yol polisi sürücülərdən xahiş edir ki, təmir işləri başa çatana qədər 28 May və Yusif Səfərov küçələri ilə hərəkət edərkən Zərifə Əliyeva küçəsinə girmədən alternativ olaraq Rəşid Behbudov və Səməd Vurğun küçələrindən istifadə etsinlər: «Çünki Zərifə Əliyeva küçəsi ilə 4 zolaqlı yolda gəlirlər, biz də avtomobilləri Üzeyir Hacıbəyov küçəsinə yönəldirik və bu zaman onlar 1-2 zolaqda hərəkət etməli olurlar ki, bu da tıxaca səbəb olur. Odur ki, əvvəlcədən alternativ yollara üstünlük vermək məsləhət görülür. Çox güman ki, təmir işləri bazar ertəsi başa çatacaq».
Nurlan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















