Xəbərdarlıq: bu yolla şəxsi məlumatlarınız oğurlana bilər - VİDEO

Kiberdələduzlar yenə iş başındadırlar. Sosial şəbəkələrdə müxtəlif tanınmış şirkətlər adından saxta reklamlar hazırlayaraq vətəndaşların şəxsi məlumatlarını ələ keçirirlər. Vətəndaşı inandırmaq üçün adından istifadə olunan şirkətlərdən biri də "Azərgold" Qapalı Səhmdar Cəmiyyətidir. Şirkətin adından invetsisiya vədləri verilərək fişinq hücumları həyata keçirilir.
200 faiz gəlirli qızıl yataqlarına investisiya et - reallığa çevrilən unikal fürsət kimi təqdim edilən bu təklif əslində kiberdələduzların növbəti tələsidir. Fişinq hücumlarını yeni alət kimi seçən işbazlar bu yolla vətəndaşların şəxsi məlumatlarını əldə edirlər. İnandırıcı olmaq üçün isə Azərbaycanın tanınmış böyük şirkətlərinin orijinaldan seçilməyən loqolarından faydalanırlar.
Sosial şəbəkələrdə videoçarxlar hazırlayıb reklam şərtləri ilə yayırlar. Bu baxımdan "Azərgold" Qapalı Səhmdar Cəmiyyəti kiberdələduzların növbəti seçimidir. Şirkətin adından tirajlanan layihədə iştirak üçün ad, soyad, elektron poçt, mobil nömrə kimi fərdi məlumatlar tələb olunur. Həmin məlumatları təqdim edən və uydurma kampaniyada iştirak edən vətəndaş kiberdələduzların qurbanına çevrilir.
"Azərgold"un sözçüsü Ariz Tarverdiyev vətəndaşları rəsmi olmayan mənbələrdən məlumat almamağa çağırıb.
Məsələ ilə bağlı artıq xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə müraciət edilib.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










