XƏBƏRDARLIQ: Ciddi su çatışmazlığı ilə üzləşə bilərik

Çaylar dərinləşir, məcraları genişlənir.
Avtosfer.az xəbər verir ki, bəzi bölgələrdə fəaliyyət göstərən qum-çınqıl karxanaları çaylara ciddi ziyan vurur. Qubada da belə karxanalara rast gəlmək olar. Yerli sakinlərin sözlərinə görə, Qaraçay, Vəlvələçay, Qudyalçay və Qusarçayda çay yataqları əvvəllər 3-4 metr dərinlikdə idisə, indi bu dərinlik 15-20 metrə qədər artıb. Hətta Qaraçay çayının bəzi yerlərində suyun dibi 40-50 metrədək enib. Bu da daha çox fermerləri narahat edir. Çünki, belə halda çay suyundan suvarmada istifadə etmək çətinləşir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin aparıcı mütəxəssisi Sadiq Əmiraslanov bildirir ki, bəzi çaylarda bərpa rejimi az dərəcədədir. Bəzən hətta müşahidə də edilmir. Həmin ərazilərdə karxana fəaliyyətinin davam etdirilməsi isə çayların dərinləşməsinə gətirib çıxarır. Sadiq Əmiraslanov deyir ki, ciddi fəsadların qarşısını almaq məqsədilə agentliktərəfindən mütəmadi qabaqlayıcı tədbirlər görülür. Mütəxəssisi sözlərinə görə, qum-çınqıl karxanalarının pərakəndə istismarı zamanı çay məcralarının genişlənməsi halları daha çox Quba, Xaçmaz, Tərtər, Bərdə və İmişli rayonlarından axan çaylarda müşahidə olunur.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











