Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? - Vəkil

Azərbaycanda həkim xəstəyə baxmaqdan imtina edib. Almaniyadan ailəsini ziyarət etmək üçün Mingəçevirə gələn ananın uşağının halı qəfildən pisləşib. Uşağın bədən temperaturu 34 dərəcəyə düşdüyündən körpədə şok yaranıb. Ana uşağını təcili Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Həkim Məqbulə Xəlilova uşağı müayinə etməkdən imtina edib. O, uşağın şəxsiyyət vəsiqəsinin olmadığını əsas gətirib və özəl klinikaya aparmaqlarını istəyib. Bu isə həkimlə xəstə yaxınları arasında söz-söhbətə səbəb olub.
Bəs hansı halda həkim xəstəyə baxmaqdan imtina edə bilər? Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir?
Avtosfer.az-ın məlumatına görə, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov "Qaynarinfo"ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var:
"Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinə uyğun olaraq, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi bu qisim əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin 142-ci maddəsində Tibbi xidmətin göstərilməsi qaydalarını pozma əməli cəza təhdidi altında sanksiyalaşdırılıb. 142.1-ci maddədə göstərilir ki, Qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












