Xəzər dənizində su səviyyəsinin azalması davam edir

Makroregionda yağıntıların olmaması səbəbindən Xəzər dənizində suyun səviyyəsi 2025-ci ilin sonuna qədər 25 santimetr aşağı düşə bilər. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə 10-cu Xəzər Media Forumunda Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun Volqa-Xəzər bölməsinin rəis müavini Sergey Şipulin məlumat verib. Onun sözlərinə görə, bu il dayazlaşma son beş illə müqayisədə ən şiddətli olacaq. "Son 30 ildə Xəzər dənizinin ən yüksək səviyyəsi 1994-cü ildə qeydə alınıb və o vaxtdan bəri suyun səviyyəsi aşağı düşür. Ən böyük azalma son 5 il ərzində, 2020-ci ildən sonra baş verib. Son 5 ildə dənizə çox az miqdarda su daxil olub və bu il də əvvəlki illərdən daha az olacaq. Yağıntılarla bağlı tendensiya belə davam edərsə, 2030-cu ilə qədər dəniz səviyyəsinin 1 metr aşağı düşəcəyini istisna etmirik".
O əlavə edib ki, hazırda Xəzər dənizinin şimal hissəsi ən dayazdır, İran regionunda isə cənub hissəsi ən doludur.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











