Xəzər İbrahim: “Qarabağdakı PKK terrorçularının Şimali İraqla əlaqəsini müəyyən etdik”

“Qarabağda Ermənistan tərəfindən vuruşan PKK terrorçularının Şimali İraqdakı mərkəzləri ilə əlaqə saxladıqlarını müəyyən etdik”. Bu sözləri Gazi Universiteti tərəfindən keçirilən “Qarabağın dünəni, bu günü və sabahı” adlı paneldə çıxışı zamanı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.
Xəzər İbrahim çıxışında Türkiyənin Azərbaycana dəstəyi məsələsini də diqqətdə saxlayıb: “Qardaş türk millətinin mənəvi dəstəyi bizə kifayətdir. İnşallah işğaldan qurtulmuş Qarabağ torpaqlarında hamımız birlikdə mahnılar oxuyacağıq”.
Türkiyədəki səfirimiz Ermənistanın cəbhədə PKK terrorçularından dəstək aldığını da ifadə edib:
“Zərərsizləşdirilən erməni əsgərlərinin arasında PKK terrorçularının da cəsədləri var. Terrorla mübarizə Qərb ölkələri üçün normal olduğu halda, bizə gələndə bu vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən anormal qarşılanır. Bizi bu mövzuda sadəcə qardaş Türkiyə dəstəkləyir”.
Səfir həmçinin baş verən döyüşlər nəticəsində erməni əsgərlərinin silahlarını buraxaraq qaçmağa məcbur olduqlarını söyləyib:
“Döyüşlərdə uduzduqlarını anladıqda raketlərlə dinc əhalinin məskunlaşdığı əraziləri hədəfə alır və bizim mənəvi gücümüzü qırmağa çalışırlar. Bizə hücum edənlər təkcə Qarabağdan deyil, eyni zamanda Ermənistan sərhədləri daxilindən də raketlər atdılar. Ermənistan öz gücü çatmadığı üçün bu hadisəyə böyük dövlətləri daxil etmək axtarışındadır”.
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO










