Xəzərdə suyun səviyyəsi 2 metrədək aşağı düşüb - Ekspertlər həyəcan təbili çalır

Xəzər dənizində suyun səviyyəsi 2006-cı ildən təxminən 2 metr aşağı düşüb. Bunu “Kazidromet” RSE-nin Xəzər dənizinin Hidrometeoroloji Tədqiqatları Departamentinin məlumatı sübut edir.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, qazaxıstanlı mütəxəssislər Xəzərin vəziyyəti ilə bağlı ən son məlumatları təqdim ediblər.
“Hazırda biz Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi prosesinin sürətləndiyini görə bilərik. 2006-2023-cü illər arasında suyun səviyyəsi 1,83 metr azalıb”, -deyə şöbə müdiri Ayzat Eltay qeyd edib.
ECOJER Assosiasiyasının Mangistau bölgəsi üçün regional Ekoloji Şurasının sədri Adilbek Kozıbakov əlavə edib: “Xəzər dənizinin səviyyəsinin azalması suyun duzluluğunun artmasına və dəniz ekosistemi üçün təhlükə yaradacaq zəhərli qazların emissiyasına səbəb ola bilər.
Xəzər dənizində tammiqyaslı elmi tədqiqatlar aparılmalı və dəniz qonşu ölkələrlə birlikdə qorunmalıdır”.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












