Xəzərdə Zəngəzur mərkəzli olmaqla dəhlizləri strateji tərəfdaşlarla birlikdə inşa edəcəyik - Ərdoğan

Bəsrə körfəzində (Kəngər körfəzini nəzərdə tutur-red.) Əl Fav və Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Orta Şərq, Avropa arasında inkişaf və ticarət dəhlizlərini strateji tərəfdaşlarımızla birlikdə inşa edəcəyik.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında "2030-cu il Sənaye və Texnologiya Strategiyası"nın təqdimat mərasimində deyib.
O qeyd edib ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ölkənin sənayeləşmə təcrübəsini Türk dövlətləri, Orta Şərq və Afrika ölkələri ilə paylaşaraq, onların istehsal və tədqiqat ekosistemlerini gücləndirməyə və inkişaf etdirməyə bələdçilik edəcək.
"Strategiyamızın məqsədlərindən birini də istehsal sənayesinin məhsuldarlıq, tutum və miqyas problemlərini həll etmək, böhran və şoklara qarşı dayanıqlılığını artırmaq olaraq müəyyən etdik və bu başlıqda 22 strategiyaya yer verdik. Mövcud strategiya sahələrini genişləndirərək yeni planlı sənaye sahələri yaradacağıq. Riskli bölgələrdə yerləşən müəssisələrin təhlükəsiz bölgələrə köçürülməsinin önünü açacağıq", - Prezident vurğulayıb.
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq












