Xəzərin dayazlaşması Aktau limanında gəmilərin yüklənmə həcminin azalmasına səbəb olub

Xəzər dənizi hövzəsinə daxil olan sahilyanı dövlətlərin dəniz limanlarının sabit fəaliyyətini təmin edən əsas amil dənizin səviyyəsidir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərtac”a “Aktau Dəniz Ticarət Limanı” Milli Şirkətinin kommersiya işləri üzrə şöbə rəisi Anuar Nemışov məlumat verib.
Onun sözlərinə görə, son 18 il ərzində Xəzərin səviyyəsi davamlı olaraq aşağı düşür, Aktau limanında suyun səviyyəsi 1,7 metr azalıb və bu proses hələ də davam edir.
“Bu, limanın estakada və körpülərinin, gəmiçilik yollarının, liman akvatoriyasının, hidrotexniki qurğuların istismar imkanlarına, həmçinin dəniz nəqliyyatının təhlükəsizliyinə mənfi təsir göstərir”, – deyə agentliyin həmsöhbəti bildirib. Anuar Nemışov qeyd edib ki, bu səbəbdən Aktau limanında quru yük gəmiləri 600-1300 ton, neft tankerləri isə 2000-2500 ton az yüklənir.
“Gəmilərin yüklənmə həcminin azalması, şübhəsiz ki, dəniz daşımalarının rentabelliyinə mənfi təsir edir və yüklərin alternativ marşrutlara yönəldilməsi riskini artırır. Nəqliyyatın təhlükəsizliyini təmin etmək və gəmilərin tam yüklənməsi üçün dənizin dibinin dərinləşdirilməsi işlərinin aparılması zəruridir”, – deyə o əlavə edib.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












