Xırdalanda müəllim direktoru məhkəməyə verdi - FOTO

Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanı və tədris hissə müdirini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsinə müraciət edən müəllim direktorun və tədris hissə müdirinin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.
V.Həziyeva direktorun onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyini, ləyaqətini alçaltdığını deyib.
Həmçinin məlum olub ki, müəllimlə direktor arasında bir müddətdir narazılıq var və V.Həziyeva məktəb rəhbəri barəsində mətbuatda da tənqidi fikirlər səsləndirib.
Abşeron Rayon Məhkəməsi V.Həziyevanın müraciətində Cinayət Prosessual Məcəlləsinin bəzi tələblərinin pozulması, təqdim edilmiş sənəd və sübutların tam olmaması qənaətinə gəlib. Bu səbəbdən ərizə icraata qəbul edilməyib.

Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












