Xızıda 2 qızın öldüyü hadisənin detalları - FOTO - VİDEO

Bakı-Quba yolunda 2 nəfərin ölümü, 4 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası haqda bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 14-də saat 18 radələrində magistralın Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində A.Ağayevin idarə etdiyi “Mercedes ML” markalı avtomobilə çırpılan “Nissan March” markalı avtomobildəki xanımlar Quba sakini olub.
Belə ki, Bakı Dövlət Universitetinin (BDU) 1-ci kurs tələbəsi olan Əminə Əliyeva və rəfiqəsi, İqtisad Universitetinin (UNEC) 1-ci kurs tələbəsi Gülbəniz Qaçıyeva hadisədən əvvəl paytaxtda semestr imtahanında iştirak ediblər. Onlar daha sonra birlikdə Qubaya qayıtmaq qərarına gəliblər və bu zaman Əminə Əliyeva Sumqayıtda yaşayan bibisi qızı, 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin özünə məxsus “Nissan” markalı avtomobillə Qubaya gedəcəyini deyib və birgə getməyi təklif edib. Bundan sonra tələbə qızlar Əminənin bibisi qızının avtomobili ilə rayona yola düşüblər. Avtomobil Quba istiqamətində hərəkət edərkən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən hissədə birtərəfli yolda qarşıdan gələn “Mercedes ML” ilə toqquşub.
Nəticədə sürücü Xalidə Xəlilzadə və arxa oturacaqda əyləşmiş sərnişin, 18 yaşlı Gülbəniz Qaçıyeva aldıqları xəsarətlərdən vəfat edib. Sürücünün dayısı qızı, ön sərnişin oturacağında əyləşmiş Əminə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatına risk olmadığını bildiriblər.
Qeyd edək ki, qəzada digər avtomobilin sürücüsü Azər Ağayev və 3 sərnişini də müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










