XİN: Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd işğal olunmuş ərazilərində silahlı toqquşmalar davam edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Avtosfer.az-a bildirilib ki, əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək öz torpaqlarını azad edir.
Döyüşlər gedən ərazilərdən geri çəkilən parakəndə Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədi ilə dost və qardaş İran ərazisinə raketlər atmaqda davam edir. Düşmənin hücumunu dəf edən Azərbaycan ordusunun bütün səylərinə baxmayaraq məqsədli atəşlər nəticəsində raketlər ara-sıra İran ərazisinə düşür:
"Məkrli düşmənin bu hərəkəti bizi hiddətləndirir və qardaş İran əhalisinin narahatlığına şərik oluruq.
İran İslam Respublikası tarixən dost və qardaş ölkə kimi daim Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, müvafiq BMT TŞ qətnamələrinin yerinə yetirilməsini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləmişdir.
Bu gün də biz qardaş İran xalqının həmrəyliyini hiss edirik, İran hökumətinin rəsmi bəyan edilmiş dəstəyini yüksək qiymətləndiririk.
İran dövləti regionda sülhün bərqərar olunmasına öz töhfəsini əsirgəmir, sabitlik və təhlükəsizliyin təmin olunmasına tərəfdar çıxır.
Azərbaycan xalqı dostunu və düşmənini yaxşı tanıyır. Azərbaycanın müstəqillik tarixinin bu taleyüklü dövründə xalqımıza və dövlətimizə dəstək verən, onun yanında olan bütün dövlətlərin və xalqların bu ədalətli münasibətlərini unutmayacaq".
Gültən
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











