“Xocavənd” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xocavənd” tankeri əsaslı təmir işlərindən sonra yenidən istismara verilib.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib. Sükan-pər qurğusu, baş və köməkçi mühərriklər, nasoslar, qazanlar tam şəkildə baxışdan keçirilib və lazımi hissələr təmir olunub. Həmçinin tanker üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrikquraşdırma avtomatika və izolyasiya işləri yerinə yetirilib. Yükqaldırıcı qurğular, eləcə də xilasedici və yanğınsöndürmə avadanlıqları da sazlanıb.
“Xocavənd” gəmisinin rabitə və elektroradionaviqasiya sistemləri də təmir edilib, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə əvəzlənib. Gəmidə müasir “NAVTEX” avadanlığı, elektron xəritə (ECDİS), radiolokasiya stansiyası, maqnit kompas, girokompas və sürət ölçən Laq avadanlığı quraşdırılıb.
Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana yenilənib.
Təmirdən sonra dəniz sınağından uğurla keçən tankerin ilk səfəri Türkmənistanın "Türkmənbaşı" limanına olub.
Bildirilir ki, uzunluğu 141,9, eni 16,84 metr olan “Xocavənd” gəmisinin yükgötürmə qabiliyyəti 8 min tondur.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












