"Ya pul verməlisən, ya da obyekti bağlamalısan" — AQTA və qəssablar arasında qalmaqal - VİDEO

Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir.
Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib. Proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub.
Onlardan biri qurum əməkdaşlarına "cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!" deyərək etiraz edib. "Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan", - deyə qəssab əlavə edib.
AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib. "Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik", - deyə o bildirib.
AQTA-nın Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilovanın sözlərinə görə, müşayiətedici baytarlıq sənədinin etibarlılıq müddətinin bitməsi və ətlərin üzərində möhürün olmaması qanunsuz kəsim halı hesab olunur: "Buna görə də İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə əsasən, protokol tətbiq olunacaq və qanunvericiliyin tələblərinə görə, cərimə yazılacaq".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












