Yağış barmaqlıqlarını oğurlayan şəxslər tapıldı

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, belə ki, respublika Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinə müraciət edərək son günlər paytaxtın mərkəzi küçə və prospektlərində, eləcə də xüsusi dövlət əhəmiyyətli yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarının qeyri-müəyyən şəraitdə oğurlanması barədə məlumat verib.
Dərhal həyata keçirilən təxirəsalınmaz tədbirlərlə bu qəbildən olan silsilə oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənov və Bərdə rayon sakini Ülfan Alıyev saxlanılıb.
İlkin dindirmə zamanı onlar cinayət törədərkən M.Həsənovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşından istifadə etdiklərini, son iki ay ərzində yağış sularının axıdılması üçün quraşdırılan 70-ə yaxın dəmir barmaqlıqları oğurladıqlarını etiraf ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar














