Yalan məlumatları yayan və tirajlayanları hansı cəzalar gözləyir? - VİDEO

Son günlər sosial şəbəkələrdə və bəzi saytlarda dövlətin milli maraqlarına uyğun olmayan və təhlükəsizliyinə xələl gətirə biləcək məlumatlar tirajlanır. Media ekspertləri hesab edirlər ki, söz və ifadə azadlığı zamanı sui-istifadə halları yol verilməzdir və bu cür hallara yol verənlər cəzalandırılmalıdır. O cümlədən məmurların, iş adamlarının, vətəndaşların təhqir və şantaj olunması da yol verilməzdir. Bəs bunu edənlər hansı cəzalarla üzləşə bilərlər?
Söz və ifadə azadlığı zamanı sui-istifadə halları yol verilməzdir. İndiki şəraitdə Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə zərbə vuran məlumatların yayılması və sosial şəbəkələrdə tirajlanması kobud hüquq pozuntusudur. Əməkdar jurnalist, media eksperti Elçin Mirzəbəyli deyir ki, hətta Konstutsiyanın 24-cü maddəsi, həmçinin ''İnsan haqları və hüquqları haqqında konvensiya''nın 10-cu maddəsinin ikinci bəndi dövlətin və ictimaiyətin təhlükəsizliyinə zərbə vuran hallar olduqda məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini məqbul sayır.
Söz və ifadə azadlığı həm də məsuliyyətdir. Media eksperti Müşfiq Ələsgərli hesab edir ki, bu istiqamətlərdə baş prokurorluq tərəfindən atılan addımlar tamamilə hüquqidir və azərbaycanda informasiya mühitinin tənzimlənməsinə xidmət edir.
Ekspertlər bildirirlər ki, Prezident İlham Əliyevin 24 sentyabr 2014-cü ildə verdiyi sərəncamda da dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsi öz əksini tapıb.
Günümüzün problemi təkcə dövlət sirri hesab edilən məlumatların yayılması, milli maraqlara zidd dezinformasiyaların dövriyəyə buraxılması deyil. Son zamanlar məmurların, iş adamlarının, vətəndaşların bəzi aktiv sosial şəbəkə istifadəçiləri və reket jurnalistlər tərəfindən təhqir və şantaj olunması halları da çoxalıb. Həmçinin işgüzar nüfuza xələl gətirmə, sifarişli yazıların yazılması faktları artıb. Ekspertlər deyirlər ki, bu cür hallar cinayət və inzibati məsuliyyət hesab edilə bilər.
Xatırladaq ki, dünən Baş prokurorluq tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlayan 5 nəfərə xəbərdarlıq edilib. Bir nəfər isə qanunla yayılması qadağan edilən informasiya yaydığına görə 1 ay həbs olunub.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










