“Yanacaq doldurarkən sürətə fikir vermək lazımdır” - Mütəxəssisdən XƏBƏRDARLIQ

Sosial mediada yayılan şikayətlərdə bildirilir ki, bəzi yanacaq doldurma məntəqələrində işçilər benzini sürətlə və gur vurur. Bu isə yanacağın köpüklənməsinə səbəb olur. Nəticədə isə verdiyimiz puldan, məsələn, 20 manatlıq benzin vurdururuqsa, onun 16-17 manatı vurulmuş olur.
Bəs yanacaq doldurma məntəqələrində nələrə diqqət etməliyik?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan avtomobil mütəxəssisi Əziz Abbasov bildirdi ki, yanacaq doldurma məntəqələrində benzin dolduran zaman bir neçə amillərə diqqət edilməlidir:
"Yanacaq dolduran zaman çox sürətli doldurmaq olmaz, çünki bu zaman yaranan köpük pistoldakı sensor tərəfindən maye kimi oxuna bilər və nəticədə vaxtından əvvəl “klik” edib dayanır, sanki çən doludur kimi görünür, amma əslində hava köpüyü itəndən sonra çəndə boş yer yaranır, bu da yanacağın ölçüsündə fərq edir. Benzin “uçur” - “qazlanır” kimi düşüncələr də yalnışdır, çünki benzinin buxarlanması üçün lazım olunan enerji və vaxt yanacaq doldurma prosesində kifayət deyil. Yanacaq dolduran zaman diqqət etməli olduğunuz daha başqa bir amil isə pistol “klik” edəndən sonra çəndə boş yer qalmayana kimi doldurmaq olmaz, çünki belə olduqda EVAP sistemi düzgün işləmir və zamanla sürətlər panelində “check engine” xətası yanmağa başlayır".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












