Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin sahiblərinə yeni tələb qoyulub

İqtisadiyyat Nazirliyinin Kollegiyası yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü üzrə "Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası"nı təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, hüquqi şəxsə, xarici hüquqi şəxsin filialına, nümayəndəliyinə və fərdi sahibkara həmin fəaliyyət növünə lisenziya verildiyi tarixdən 30 gün müddətində nazirliklə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.
Lisenziya müqaviləsi yazılı formada, müddətsiz bağlanılmalıdır. Bu müqavilə lisenziya verildiyi tarixdən 30 gün müddətində bağlanmadıqda, lisenziya hüquqi nəticələr yaratmır.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












