Yanğın təhlükəsizlik qaydalarını pozanlara qarşı ciddi tədbirlər görüləcək - FHN rəsmisi

Sahibkarlar fərdi balon qurğularının istifadəsində yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət etməlidirlər.
Avtosfer.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sözügedən balonlara yüksək təzyiq altında doldurulmuş qaz olur və onların sızması, texniki təhlükəsizlik tələblərinə cavab verməməsi kimi hallar partlayış, o cümlədən də yanğın hadisələri ilə nəticələnir:
"Bu gün çoxmənzilli yaşayış binalarının qeyri-yaşayış sahəsində fəaliyyət göstərən bəzi ictimai iaşə obyektlərində fərdi balon qurğularından, başqa sözlə desək, maye karbohidrogen qaz balonları ilə dolu propan qaz balonlarından istifadə halları aşkar edilib. Əhalinin sağlamlığının və dövlətin əmlak maraqlarının müdafiəsinin təmin edilməsi məqsədilə aparılmış monitorinq çərçivəsində əməkdaşlarımız tərəfindən sahibkarlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq o qurğuların obyektlərdən kənarlaşdırılması təmin olunacaq".
C.Xudiyev qeyd edib ki, növbəti yoxlamalar zamanı belə qanun pozuntularına yol verən şəxslərlə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək:
"Eyni zamanda, bildirmək istərdik ki, fərdi balonlar daşınan qurğulardır və yanğın nəzarəti üzrə dövlət inspektorlarının hər ictimai iaşə obyektində bu təsərrüfatla bağlı fəaliyyətləri nəzarətdə saxlamaq imkanları yoxdur. Ona görə də "Yanğın təhlükəsizliyi haqqında" qanunun altıncı və yeddinci maddələrində vətəndaşların, o cümlədən müəssisə rəhbərlərinin üzərinə müvafiq vəzifələr qoyulur ki, həmin şəxslər onların istifadəsində olan ərazilərdə yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət etsinlər. Bu, onların vəzifə borclarıdır".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












