Yanğın zamanı ölən şəxslərin ailələrinə 25,7 min dollar ödəniləcək

Honkonq hakimiyyəti yaşayış kompleksində baş vermiş yanğında həlak olanların ailələrinə və xəsarət alanlara kompensasiya ödəyəcək. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verib. Məlumata əsasən, həlak olan hər bir şəxsin ailəsinə 200 min Honkonq dolları (25,7 min ABŞ dolları) ödəniləcək, həmçinin dəfn mərasiminin keçirilməsi üçün dövlət dəstəyi göstəriləcək. Bu hadisədə xəsarət alan hər kəsə isə əvvəlcədən vəd edilən 10 min Honkonq dollarına (1,3 min ABŞ dolları) əlavə olaraq 50 min Honkonq dolları (6,4 min ABŞ dolları) məbləğində müavinət veriləcək. Bütün zərərçəkənlər pulsuz müvəqqəti mənzillə təmin olunacaq.
Xatırladaq ki, son məlumata görə, Honkonqdakı yaşayış kompleksində yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












