“Yanğının bizə aidiyyəti yoxdur” - Restoranın sahibi danışdı - VİDEO

“Mən həmin obyektləri 2023-cü ildən icarəyə vermişəm. Həm “Loft Restoranı”, həm də “Loft Dent” klinikası kimi fəaliyyət göstərir. Təmir zamanı “Azərişıq”dan 160 kV-lıq əlavə texniki şərt almışıq. Bu isə o deməkdir ki, obyektlər binanın ümumi elektrik xəttinə qoşulmayıb, hər birinə ayrıca xətt çəkilib”. Avtosfer.az xəbər verir ki, bu sözləri Yasamalda yanan binadakı obyektin sahibi Vüqar Abbasov İctimai TV-ə deyib.
O bildirib ki, əgər yanğın baş veribsə, bu obyektlərin biri digərinə cavabdeh deyil:
“Əgər mənim obyektimdə baş veribsə, qonşu obyektin məsuliyyəti yoxdur və əksinə. Lazımi sənədləri aidiyyəti qurumlara təqdim etmişik, istənilən ekspertiza və yoxlamaya da açığıq. Restoranın ümumi elektrik istifadəsi maksimum 20-30 kV təşkil edir. Halbuki bizə verilmiş texniki şərt 160 kV-lıqdır. İstiliyin tüstülənmə yaratması üçün gərginlik bu həddi aşmalıdır. Sadəcə olaraq, bizim elektrik şitimiz binanın şaxtasının altında yerləşirdi. Yanğın da həmin şaxtada baş verdiyindən ərimiş materiallar bizim şitin üzərinə tökülüb. Lakin biz həmin şitə heç bir müdaxilə etməmişik. Sakinlərin bildirdiyinə görə, tüstü “trap”lardan da çıxıb. Əgər binanın müxtəlif yerlərindən tüstü çıxırsa, necə bizim obyektdən çıxmasın?”.
Daha ətraflı videoda:
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












