Yanvarın 1-dən quru sərhədlər açıla bilərmi? - AÇIQLAMA

Nazirlər Kabinetinin 324 nömrəli qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Avtosfer.az-ın məlumatına görə, karantin müddətinin bitməsinə bir aydan bir qədər çox müddət qalıb.
Ehtimal oluna bilər ki, növbəti ildən ölkə rəazisində xüsusi karantin rejimi ləğv edilsin. Bununla yanaşı isə karantin rejiminin yerdə qalan qadağa və tələbləri də aradan götürülsün. Vətəndaşları ən çox maraqlandıran məsələ isə Azərbaycanın quru sərhədlərinin bağlı qalması və bu qadağanın da nə vaxt götürüləcəyidir.
Məsələnin aktuallığını nəzərə alaraq tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Ekspert BAKU.WS-ə amıqlamasında bildirdi ki, nə qədər ki, karantin rejimi bitməyib pandemiya davam edəcək.

"Pandemiyanın sonuna qədər karantin rejimi də davam edəcək. Bu, birmənalı qaydadır. Karantin rejminin sərtləşdiriməsi və ya yumşaldılması isə situasiyadan asılı olacaq. Epimedioloji vəziyyət bu şəkildə davam edərsə, xüsusi sürprizlər olmazsa, karantin rejimi tamamilə yumaşldıla bilər. Amma tamamilə ləğvindən hələ danışmaq olmaz. Çünki hələ də pandemiya var və bunun qurtarması ilə bağlı raport yoxdur.
Ticarət mərkəzləri və digər kütləvi yerlərdə yoxlamaların olub-olmaması isə karantinin yumşaldılması ilə əlaqədar. Quru sərhədlərin açılması da epidemioloji vəziyyətlə əlaqədar. Bu məsələdə birməanlı proqnoz vermək olmur. Hesab edirəm ki, karantin qaydaları həddən artıq yumşaldılsa, qonşu ölkələrdə də şərait buna imkan versə, sərhədlər açıla bilər".
baku.ws
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












