Yanvarın 18-dən sonra həftə sonları avtobusların işləməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət sabitləşməyə doğru gedir. Belə ki, gündəlik yoluxanların və ölənlərin sayında xeyli azlama müşahidə olunur. Sağalanların sayı isə yoluxanlardan 4-5 dəfə çox olub. Bu da insanlarda yanvarın 18-dən sonra sərt karantin rejiminin yumşalması və həftə sonu ictimai nəqliyyata qoyulan qadağanın aradan qaldırılması ehtimalını yaradır. Yanvarın 18-dən sonra həftə şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Jalə Əliyevə bildirib ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azlma müşahidə olunur:
"Amma yenə də tam stabillik yoxdur. Bu rəqəmlərdə az da olsa artım və azalma müşahidə olunur. Ümumilikdə pandemiya ilə bağlı vəziyyət getdikcə sabitliyə gedir. Yəni virusla bağlı xəstəxanaya müraciət edənlərin sayında azalmalar var. Düşünürəm ki, sərtləşmə və yumşalmalara yanvarın 18-dən sonra da mövcud vəziyyətə uyğun olaraq yenidən baxılacaq. Sərt karantin rejimi yanvarın 18-nə kimi nəzərdə tutulub.
Böyük ehtimalla Operativ Qərargah tərəfindən yanvarın 18-i üçün qərar qəbul ediləcək. Amma bu qərarın nə olacağını biz əvvəlcədən deyə bilmərik. Müşahidələrimizə uyğun olaraq məhdudiyyətlər müəyyən qədər aradan qaldırılacaq.
Eyni zamanda həftəsonu məhdudiyyətlərinin aradan qaldırılmasını bir il ərzində görmüşdük. Belə gündəlik yoluxanların sayı minumuma düşəndə həftə sonu ilə bağlı məhdudiyyət aradan qaldırılmışdı. Düşünürəm ki, əgər müvafiq orqanlar yenə də bu qadağanın aradan qaldırılmasının mümkün olduğunu görərlərsə, yenidən bu barədə qərar qəbul edə bilərlər. Çox güman ki, TƏBİB və Operativ Qərargah mövcud vəziyyətə uyğun olaraq qərar qəbul edəcək".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












