Yarışa çıxan avtomobil sahibi Ziya Məmmədovun işçisi çıxdı - FOTOLAR

Məlum olduğu kimi Azərbaycan mediasında bir neçə gündür ki, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun paytaxtın Zığ-Hava limanı şosesində sürət yarışına çıxmağı ilə bağlı “virtualaz.org” xəbər saytının yaydığı xəbərlər müzakirə olunur. Yayılan məlumatlarda “10 LZ 100” dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğlu iddia olunsa da, ancaq deputat Elton Məmmədov isə bu xəbərləri “böhtan” adlandırdı. O, hətta həmin avtomobillərin kimə məxsus olmasını da açıqlayıb. Deputat aznews.az-a deyib ki, sözügedən "10 LZ 100” dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobil paytaxtın Nəsimi rayon sakini Bağırov Zaur Mətləb oğluna məxsusdur. E.Məmmədov Zaur Bağırovun qardaşı Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ilə heç bir əlaqəsi olmadığını da söyləyib. Publika.az olaraq biz "10 LZ 100” dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi Bağırov Zaur Mətləb oğlu barədə qısa araşdırma apardıq. Məlum olub ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun oğlu Aynarın yaxın tanışıdır. Hətta Zaur Bağırovla Aynar Məmmədovun müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var. Həminfotoları oxucularatəqdimedirik.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı






















