Yasamalda "patı" satan daha 4 nəfər saxlanıldı - FOTO - VİDEO

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı paytaxt sakinləri Camal Mahmudov, Hikmət Zeynalov, Kənan Qasımov və Vüqar Qurbanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər. Aşkar olunan narkotik vasitələrin hazır bükümlər formasında olması həmin maddələrin satış məqsədi ilə qablaşdırıldığını deməyə əsas verir.
Faktlarla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı

















