Yaşayış yerini tərk edən COVID xəstələrini evlərinə qaytardılar

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "COVID-19" virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən Xaçmaz rayon sakini Z.Kərimova saxlanılıb. Müəyyən edilib ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Bundan başqa, Samuxda da "COVID-19" virusuna yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Belə ki, noyabrın 16-da rayonun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və hər iki şəxs Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirililib.
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO












