“Yaşıl Dəhliz”dən istifadə edən azərbaycanlı sahibkarların sayı artmaqdadır

Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə edən azərbaycanlı sahibkarların sayı artmaqdadır.
Avtosfer.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
"Dövlət-özəl sektor dialoqunun inkişafı, ölkəmizdə biznes-investisiya mühitinin əlverişliliyinin yüksəlməsi iqtisadi inkişafın təməl prinsiplərindəndir. ASK hökumətlə Baş Kollektiv Sazişin tərəflərindən biri kimi dövlət-özəl sektor dialoqunun qurulması, iş adamlarının qaldırdığı məsələlərin həlli, eləcə də milli iqtisadiyyatın inkişaf edərək ixraca yönəlməsi kimi strateji hədəflərdə dövlət qurumları ilə işbirliyini gücləndirir. Bu səpkidə Konfederasiya ilə Dövlət Gömrük Komitəsi arasında İkitərəfli Əməkdaşlıq Şurasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Burada qaldırılan bir çox məsələ öz müsbət həllini tapıb və şadıq ki, bugün “Yaşıl Dəhliz”dən istifadə edən sahibkarlarımızın sayı artmaqdadır", - o vurğulayıb.
M.Musayevin sözlərinə görə, son illər gömrük sistemində çox ciddi irəliləyişlər nəzərə çarpır: "Elektron bəyannamə sistemləri, ticarətin asanlaşdırılması təşəbbüsləri və beynəlxalq standartlara uyğun prosedurların yaradılması bu sahədə atılan vacib addımlardır. Bu tədbirlər ölkəmizin biznes mühitinin yaxşılaşdırılmasına təkan verməklə bərabər sahibkarlığın inkişafına yeni imkanlar yaradır. Bütün bunların nəticəsidir ki, bu ilin 11 ayında dövlət büdcəsinə vergi daxilolmasının məbləği 15 milyard manata, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 10,3 milyard manata çatıb. Hesabat dövründə Azərbaycanda ümumi daxili məhsulun dəyəri illik müqayisədə 4,1 % artaraq 113,3 milyard manat olub".
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO












