Yaşlı qadın sükan arxasında - Taksidə yaş məhdudiyyəti yoxdur? - AYNA-dan AÇIQLAMA

Azərbaycanda taksi sürücüləri üçün maksimum yaş həddi müəyyən edilməyib. Bu isə bəzən cəmiyyətdə yaşlı şəxslərin taksi fəaliyyəti ilə məşğul olmasının nə dərəcədə təhlükəsiz olduğu barədə suallar doğurur. Məsələn, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilən məlumata əsasən, hazırda ölkədə ən yaşlı taksi sürücüsü 71 yaşlı qadındır.
Yaşlı şəxslərin daimi avtomobil idarə etməsi riskli deyil?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Bizim.Media"ya AYNA-dan bildirilib ki, qanunvericiliyə əsasən, taksi sürücüləri üçün minimum yaş həddi mövcuddur, lakin maksimum yaş həddi nəzərdə tutulmayıb:
“Yaşı 21-dən yuxarı, sürücülük vəsiqəsi və sertifikatı olan şəxslər taksi sürücüsü kimi fəaliyyət göstərə bilərlər”, - deyə qurumdan qeyd olunub.
Bildirilib ki, taksi minik avtomobili ilə sərnişindaşıma fəaliyyəti yalnız müvafiq icazə və sənədlər - buraxılış vəsiqəsi və buraxılış kartı əsasında həyata keçirilə bilər:
“Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılar, onların avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, həmçinin sürücülərin reysqabağı tibbi müayinədən keçməsini təmin etməlidirlər”, - deyə bildirilib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












