Yaxın günlərdə Bakıda qar yağacaq? - AÇIQLAMA
Gündəm
8 Yanvar 2021 16:28

“Yaxın günlərdə Bakıya qar yağması müşahidə olunmayacaq”. Oxu.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, bu barədə uzunmüddətli proqnoz vermək mümkün deyil: “İki-üç günlük proqnozlar daha etibarlıdır. Amma heç kim deyə bilməz ki, 2012-ci ilin fevral ayında müşahidə olunan qarlı, şaxtalı hava yenidən olmayacaq. Əgər belə olarsa, biz 2-3 gün qabaqcadan əhaliyə məlumat verəcəyik”.
O qeyd edib ki, son on ildə Bakı şəhərində qarlı-şaxtalı günlərin sayında azalma müşahidə olunur:
“Ən sərt qış 1972-ci ildə olub. 2002-ci ildə dekabr ayı çox soyuq keçib. Həmin vaxt 18 dəfə arktik hava kütlələri daxil olmaqla, Abşeron yarımadasında şaxtalı günlərin sayını artırmışdı.
2012-ci ildə fevral ayında Xəzər dənizinin Nabrandan Sumqayıta qədər donması müşahidə olunub”.
İlhamə Əbülfət
Oxunub : 1208
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 15:45
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
26 Noyabr 2026 16:11
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
ŞƏRH YAZ












