"Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm" - İlham Rəhimov

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən hadisəylə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.
Avtosfer.az-ın məlumatına görə, professor İlham Rəhimov News24.az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə tələb edir.
İlham Rəhimov bildirib ki, hadisədən xəbər tutan kimi dünən Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflı məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.
Professor İlham Rəhimov baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq- mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirib. O hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcəyini də qeyd edib.
Professor İlham Rəhimov eyni zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə xidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə etdi.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











