Yeni cərimələr nəyi dəyişəcək? - EKSPERTDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə yeni cərimələr müəyyənləşir. Eyni zamanda işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə cərimələr artırılır. Bütün bunlarla yanaşı, marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda hərəkət edən digər nəqliyyat vasitələrinə, parklanma qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq olunacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Avtosfer.az-ın məlumatına görə yeni qaydalarla bağlı Azvision.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzi cərimələrin artırılmasına ehtiyac var idi.
"Taksi duracaqlarında digər nəqliyyat vasitələrinin park edilməsi taksi fəaliyyətinə mənfi təsir göstərir. Artıq taksilərin də öz yeri olacaq və ya mövcud yerlərində özləri dayana biləcəklər. Səkilərdə avtomobillərin park edilməsi çox ciddi bir xətadır. Sürücülər parkinqlərdə pul ödəməmək üçün maşınları müxtəlif yerlərdə, səkilərdə saxlayırlar. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində səkidə hərəkətin qadağan edilməsi bəndi var. O bəndə uyğun olaraq 40 manat cərimə olunurdular. İndi isə 60 manat cərimə tətbiq olunacaq. İşıqforun qırmızı işığında keçənlər isə 100 manat cərimələnəcəklər. Cərimə mexanizminin düzgün tətbiq edilməsi vacibdir", - deyə qeyd edən ekspertin sözlərinə görə, cərimələri artırmaq o qədər də əhəmiyyət kəsb etməyəcək:

"Atılan addımların tam olaraq hamısı ilə razı deyiləm. Məsələn, parklanma yerlərində ödəniş edə bilməyən insanlar var, yaxud da bunu bacarır, amma telefonu işləmir və ya “Azparkig”in nümayəndəsini ərazidə tapa bilmir. Buna görə həmin şəxslər cərimələnir.
Hesab edirəm ki, parklanma qaydalarının pozulmasına görə cəriməni 10 manat saxlamaq olardı. 20 manata qaldırmağa gərək yox idi.
Avtobus zolaqları ilə bağlı cərimənin isə 40 manatdan 60 manata qaldırılması normaldır. Bəlkə, bundan sonra bəzi taksi sürücüləri bu zolaqlarla getməzlər".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












