Yeni qatarlardan 2000 sərnişin istifadə etdi

Bu gün Bakı-Sumqayıt qatarlarından 2000 sərnişin istifadə edib. Avtosfer.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Ttend-ə bildirib ki, Bakı-Sumqayıt qatarları gün ərzində təqribən 2000 sərnişinə xidmət edib. Onun sözlərinə görə, qatarların xətlərə yenicə buraxıldığını, bəzi sərnişinlərin hələ tam məlumatlı olmadığını nəzərə alsaq, bu heç də kiçik göstərici deyil: "Bu o deməkdir ki, gələcəkdə Bakı və Sumqayıt arasında sərnişin sıxlığını aradan qaldıra biləcəyik".
Qeyd edək ki, sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb, elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib. Bu gündən isə qatarlar Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflərə uyğun olaraq sərnişinlərə xidmət edir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












