"Yeni təyyarələrdən istifadə gələcəkdə emissiyaların azalmasına kömək edəcək"

Yüksək texnologiyalar, rəqəmsal inkişaf, uçuş marşrutlarının optimallaşdırılması, yeni təyyarələrin istifadə və onların mühərriklərinin ekoloji uyğunluğu gələcəkdə emissiyaların azalmasına gətirib çıxaracaq. Bunu Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2030-cu ilə qədər hava məkanında emissiyaların 50% azaldılması nəzərdə tutulub:
“Azərbaycan da bu hədəfi götürüb. Gələcəkdə bərpa olunan enerjidən istifadə emissiyaların daha da azaldılmasına gətirib çıxaracaq. Bugün keçirilən tədbirdə də [Ümumdünya Aeronaviqasiya Sammiti] hava məkanından istifadə zamanı ətraf mühitə dəyən zərərlər müzakirə olunacaq. Həmçinin rəqəmsal, yüksək texnologiyaların istifadəsi məsələləri də müzakirə mövzusudur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində bu mövzuların müzakirəsi çox önəmlidir”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












