Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları gözlənilir - 22-24 aprel tarixində

22 aprel 2025-ci il tarixində Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları gözlənilir.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, 22 aprel axşam saatlarında Yer kürəsində zəif və orta səviyyəli maqnit qasırğaları (G1-G2) baş verəcək. Bu hadisə, Günəşdə yaranan böyük koronal dəlikdən çıxan sürətli və sıx günəş küləklərinin Yerə çatması nəticəsində baş verəcək. Leus qeyd edib ki, bu maqnit qasırğaları 22 aprel axşamı başlayacaq və 24 aprelədək davam edə bilər. Bu müddət ərzində geomaqnit sahəsində dəyişikliklər müşahidə olunacaq. Maqnit qasırğaları zamanı meteohəssas insanlar baş ağrısı, təzyiqin dəyişməsi, yorğunluq və yuxusuzluq kimi simptomlar hiss edə bilərlər. Bu səbəbdən, belə günlərdə su qəbulunu artırmaq, istirahətə daha çox vaxt ayırmaq və stressdən uzaq durmaq tövsiyə olunur.
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq












