Yerə güclü maqnit qasırğası yaxınlaşır

2 iyul axşamı Yer kürəsində güclü maqnit qasırğasının baş verməsi gözlənilir. Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş Astronomiyası Laboratoriyası Telegram kanalında məlumat yayıb. Alimlərin bildirdiyinə görə, maqnit qasırğası G3 səviyyəsinə çatacaq və 2026-cı ilin mart ayından bəri ən güclü kosmik hadisə olacaq. Mütəxəssislər bildiriblər ki, G4 və daha yüksək səviyyəli radiasiya və maqnit qasırğalarının baş verməsi gözlənilmir. Lakin G3 kateqoriyasına aid güclü geomaqnit qasırğalarının baş verməsi qaçılmaz hesab olunur. Qasırğanın Moskva vaxtı ilə cümə axşamı saat 21:00-dan gecəyarısına qədər olan müddətdə başlayacağı ehtimal edilir.
Qeyd edək ki, bir gün əvvəl Günəşdə ən yüksək sinifə aid (X sinifli) güclü partlayış qeydə alınıb. İKİ RAN-ın məlumatına görə, bu hadisə Günəş aktivliyinin artmasından sonra müşahidə olunan ilk belə partlayışdır.
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI












