"Yerevan üçün çıxış yolu BMT qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsi olardı"

Ermənistan baş naziri Nikol Paşinyanın son günlərdə atdığı addımlar və verdiyi bəynatlar batan adamın suyun üzərində qalmaq üçün saman çöpündən yapışmasına bənzəyir. Lakin o, anlamalıdır ki, Azərbaycan status-kvoya heç bir şəkildə qayıtmağa razı deyil.
Bunu Trend-ə ADA Universitetinin kommunikasiya üzrə müəllimi Şəfəq Mehrəliyeva deyib.
O qeyd edib ki, Paşinyan vəziyyəti “düzəltmək” üçün hakimiyyətə gəldiyi dövrdən bəri etdiyi hər cəfəng bəyanatı geri götürsə belə, kifayət deyil:
“Erməni tərəfi tarixin təkərini 27 il əvvələ -1993-cü ilə çəkməlidir. Yerevan üçün hazırki vəziyyətdən çıxış yolu məhz həmin il BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsi olardı. Bu günlərdə erməni baş nazirinin beynəlxalq icma nümayəndələrinə etdiyi zənglərin cavabsız qalması da onu sübut edir ki, dünya dövlətləri 93-cü ildəki mövqeyindən geri çəkilməyib-beynəlxlaq hüquq tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazilərin işğalı dərhal dayandırılmalıdır. İndiyə qədər tarixi saxtalaşdırmaqla münaqişədə vaxt qazanmağa çalışan Ermənistanın manipulyasiya imkanları bitdi".
Ş.Mehrəliyeva bildirib ki, Paşinyanın qarşısında artıq həm daha güclü, qətiyyətli və hazırlıqlı Azərbaycan, həm də daha məlumatlı beynəlxalq ictmaiyyət var:
"Ermənistan xalqı isə öz gələcəyini düşünüb, səriştəsiz bir siyasətçinin onları qurbanlıq quzuya döndərməsinə icazə verməməlidir. Azərbaycan etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına sahib çıxan və qonşuları ilə sülh şəraitində yaşayan bir dövlətdir”.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











