Yerin fırlanmasından limitsiz enerji əldə etmək mümkündürmü?

Yerin maqnit sahəsi və fırlanma hərəkətindən enerji əldə etməyi hədəfləyən yeni tədqiqat geofiziki enerji tutma sahəsində inqilabi bir addım kimi qiymətləndirilir.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, ABŞ-da çalışan bir qrup fizik Yer kürəsinin fırlanma enerjisindən elektrik istehsal etmək üçün planetin maqnit sahəsi ilə qarşılıqlı təsirə girən xüsusi bir cihaz hazırlayıb və bu prosesin mümkünlüyünü sübut edən eksperimental nəticələr təqdim edib. "Physical Review Research" jurnalında yayımlanan bu araşdırma geofiziki enerji potensialına dair mövcud nəzəriyyələri dəyişdirə biləcək gücə malikdir.
Alimlər uzun illərdir Yer kürəsinin nəhəng fırlanma hərəkətinin istifadəyə yararlı enerji mənbəyinə çevrilə biləcəyini müzakirə edirlər. Planetin öz maqnit sahəsi boyunca dönməsi elektromotor qüvvə adlı bir təsir yarada bilər ki, bu da elektrik istehsalını mümkün edə bilər. Lakin bu nəzəriyyəni praktik olaraq reallaşdırmağa çalışan əvvəlki cəhdlər uğursuz olmuşdu.
Tədqiqatı həyata keçirən üç alim – Prinston Universitetindən Kristofer Çayba, Jet Propulsion Laboratory-dən Kevin Hand və Spectral Sensor Solutions-dan Tomas Çayba bu problemin nəzəriyyədə deyil, eksperimentlərdə gizləndiyini bildirirlər. Onların məqsədi bu mexanizmi izolyasiya edərək, xarici dəyişənlərin təsirini minimuma endirmək və enerjinin itməsi ehtimalını aradan qaldırmaq olub.
Tədqiqat qrupu zəif keçirici xüsusiyyətləri ilə tanınan manqan-sink ferrit materialından hazırlanmış silindrik bir cihaz hazırlayıb. Cihaz şimal-cənub oxu boyunca hizalanmış və 57 dərəcəlik bir bucaq altında yerləşdirilmişdir. Bu düzülüş onun həm Yer kürəsinin fırlanma trayektoriyasına, həm də maqnit sahəsinin xətləri ilə perpendikulyar (dik) olmasına imkan verib.
Cihazın hər iki ucuna elektrodlar yerləşdirilib və potensial fərqləri ölçmək üçün xüsusi detektorlar istifadə edilib. Xarici işıq mənbələri və fotoelektrik müdaxilələr aradan qaldırıldıqda, cihazda 18 mikrovolt gücündə sabit bir gərginlik qeydə alınıb. Bu enerji həcmi texnoloji tətbiqlər üçün kifayət qədər az olsa da, tədqiqatçılar bu metodun böyük miqyasda inkişaf etdirilə biləcəyi və effektiv mexanizmlərlə təkmilləşdirildiyi təqdirdə "limitsiz enerji" əldə etməyə imkan verə biləcəyini düşünürlər.
Hazırda əldə edilən enerji miqdarı çox kiçik olsa da, bu kəşf Yerin maqnit sahəsi və fırlanmasından enerji istehsal etməyin ilk real addımı hesab edilir. Gələcəkdə bu metod genişləndirilib inkişaf etdirilərsə, enerji istehsalı sahəsində yeni bir dövrün başlanğıcı ola bilər. Bununla belə, bu elmi irəliləyişin daha əvvəl "limitsiz enerji" üzərində çalışan və müəmmalı şəkildə yoxa çıxan alimlərin taleyi ilə eyni aqibətlə qarşılaşıb-qarşılaşmayacağı isə zamanla aydınlaşacaq.
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO










