Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi

Yevlax Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi xəstəxana ətrafında yaradılan antisanitariyaya görə cərimələnib. Bu barədə Yevlax Mənzil Kommunal İstehsalat Birliyindən bildiriblər.
Qeyd olunub ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə cərimələnib: “Yevlaxda fəaliyyət göstərən tibb ocağında işlənmiş tibbi vasitələr xəstəxananın ərazisinə atılaraq üfünət, təhlükə yaratmışdı. Məhz pandemiya dövründə bu cür hadisənin baş verməsi ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olmuşdu. Ərazinin antisanitar vəziyyətdə qalmasına səbəb isə xəstəxananın Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlamaqdan imtina etməsi idi. Məsələ mediada işıqlandırıldıqdan sonra problem öz həllini tapdı. Ötən gündən xəstəxananın ərazisi tullantılardan təmizlənib, oraya konteynerlər qoyulub, təhlükə saçan yer dezinfeksiya edilib".
"Artıq bir neçə ay idi ki, sözügedən xəstəxana idarə ilə müqavilə bağlamaqdan imtina etsə də, ərazi əməkdaşlarımız tərəfindən işin dəyəri ödənilmədən təmizlənirdi. Yalnız son 15 gündür ki, ərazi təmizlənmədiyindən orada tullantı yığını çoxalaraq riskli vəziyyət yaratmışdı”, - məlumatda bildirilib. (Report)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











