Yol çəkənlərin işi araşdırıldı; sənədlər parlamentə göndərildi

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Palatadan məlumat verilib. Kollegiya iclasında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda Fındıxlı çayı üzərində körpünün yenidən qurulmasına, Goran-Naftalan avtomobil yolunun əsaslı təmirinə və Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci km-də Çolpan çayı üzərində körpünün tikintisinə, Hacıqabul Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin, həmçinin Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb.
Emin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












