"Yol daralır, hamımız əziyyət çəkirik" - Hərəkətə mane olan yük maşınları - VİDEO

Abşeron rayonunun Saray qəsəbəsində yük avtomobillərinin yol kənarında park edilməsi digər hərəkət iştirakçıları üçün problem yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb. Qəsəbənin Məhəmməd Əsədov küçəsində yük avtomobillərinin yol kənarında park edilməsindən narazılıq edən sürücü bildirib ki, ərazidə dayanma-durmanı qadağan edən müvafiq nişanlara və təhlükəsiz şəhər kamerasının (TŞK) quraşdırılmasına ehtiyac var. "Yol daralır, hamımız əziyyət çəkirik", - deyə sürücü bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan küçədə nəqliyyat vasitələrinin hərəkəti ərazidə quraşdırılmış müvafiq yol nişanları və digər nizamlama vasitələri ilə tənzimlənir.
"Sözügedən ərazidə yol polisi əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı qanunvericiliyə uyğun tədbirlər görülür. Həmin istiqamətdə profilaktik tədbirlərin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, qeyd edilən yolayrıcında hərəkətin təşkilinin təkmilləşdirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə monitorinqlər aparılır", - deyə C.Qənbərli vurğulayıb (Oxu.az).
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












