Yol polisi "07"ni qovdu; qəza baş verdi - FOTOLAR

Yol Polis Xidmətinin əməkdaşı qəzaya səbəb olub. Anspress-in məlumatına görə, bu haqda portalın qaynar xəttinə Xudat şəhərindən zəng ediblər. Şahidlərin sözlərinə görə, YPX-in sürücüsü 10 OK 765 nomrəli Jiquli markalı "VAZ 2107" minik maşınını qovan zaman qəza baş verib. Hadisə zamanı xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib. Bu informasiyanı ətrafda olan sürücülər də təsdiq edib.
Qeyd edək ki, qəzadan sonra 10 YP 769 markalı YPX maşını hadisə yerindən uzaqlaşıb. 10 OK 765 markalı minik maşınının sürücüsünün Quliyev Saleh olduğu deyilir.
Adı qəza törətməkdə hallanan 10-YP-769 markalı YPX maşınının sürücüsü açıqlama verib. BDYPİ-nin YPX alayının 2-ci taqımının komandiri Arzu Nurəliyev bildirib ki, adıçəkilən maşının sürücüsü təhlükəsizlik kəmərini taxmadığına görə onu saxlamaq istəyib. "10 OK 765 nomrəli "VAZ 2107" markalı minik maşınının sürücüsü bizə tabe olmadığından sonra 10 kilometr yol qət edib və nəticədə yolda başqa maşınla toqquşub».
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO

















