Yol polisi avtobus sürücülərinə qarşı gizli reyd keçirdi

Bu gün paytaxt Bakıda avtobus sürücülərinə qarşı növbəti ve gizlin reydlər keçirilib. Reydlər zamanı xeyli sayda sürücünün sərnişin avtobusunu sürücülük vəsiqəsi olmadan idarə etdiyi üzə çıxıb. Bakı şəhər baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, son günlər paytaxtdan ətraf qəsəbələrə və bölgələrə hərəkət edən avtobusların iştirakı ilə qəzaların törədilməsi narahatçılıq yaradıb: «Keçirilən reydlərdə ərazi üzrə Dövlət Yol Polisi əməkdaşları ilə yanaşı, Nəqliyyat Nazirliyinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də iştirak edib. Reydlər zamanı xeyli qanun pozuntuları aşkarlandı. Belə ki, metronun 20 yanvar stansiyası ərazisində 8 nəfərin sürücülük vəsiqəsi olmadan avtobus idarə etməsi faktı aşkarlanıb. Bundan başqa metronun 20 yanvar stansiyasının yaxınlığından Biləcəri, Mehdiabad, Sulutəpə, Masazır, Xırdalan istiqamətinə gedən xeyli sayda avtrobusların sürücülərinin qaydaları pozması üzə çıxıb. Metronun Koroğlu stansiyası ərazisində keçirilən reydlər zamanı qaydaları pozan 17 avtobus yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacağa qoyulub. Həmin ərazidən Zabrat-Maştağa, Binə, mərdəkan istiqamətində hərəkət edən avtobus sürücüləri arasında da sürücülük vəsiqəsi olmadan avtobus idarəetmə halları aşkarlanıb. Paytaxtın «Dekar» meydanı ərazisində də keçirilən reydlər zamanı da buk imi pozuntular aşkarlanıb və sənədləşdirilib».
V.Əsədovun sözlərinə görə, buk imi reydlər şənbə və bazar günləri də davam etdiriləcək: «Məqsədimiz paytaxtətrafı qəsəbələr, çimərliklər, və istirahət mərkəzləri istiqamətində hərəkət edən avtobusların iştirakı ilə törədilən qəzaların sayını azaltmaqdır. Həmçinin avtobus sürücüləri arasında nizam intizamın yüksəldilməsidir. Bir məsələni də deyim ki, reydlərin keçirilməsini eşidən bəzi sürücülər xəttə çıxmayıb ki, bu da sərnişinlərin mənzil başına vaxtında çatdırılmasında problem yaradım. Mətbuat vasitəsilə sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə də müraciət edirəm ki, onlar da məsələyə ciddi yanaşsınlar. Həmçinin, yol hərəkətinin bütün iştirakçıları da bu işdə Dövlət Yol Polisinə yardım etməlidir».
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO











