Yol polisi oruc tutan sürücülərə xəbərdarlıq etdi

Ramazan bayramı münasibəti ilə qarşıdan gələn 4 günlük istirahət günü Bakıda və ümumlikdə ölkə ərazisində maşınla səyahətə çıxanların sayının artacağı gözlənilir. Bununla bağlı yol polisi sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev anspress vasitəsilə sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyyə edib. Yol polisi sürücülərə nasaz avtomobillər vasitəsilə yola çıxmağı məsləhət görmür.
“Əsas məsələlərdən biri də, havaların isti keçməsilə əlaqədar yaranan problemlərdir. Bu üzdən sürücülər çalışsınlar ki, soyuducu sistemi olmayan avtomobillərlə yola çıxmasınlar. Məcbur qaldıqda isə belə maşınlarla yalnız günü sərin vaxtı, səhər yaxud axşamtərəfi getsinlər. Əsasəndə oruc tutan sürücülər daha diqqətli olmalıdırlar”, - deyə Kamran Əliyev bildirib. Polis rəisi bir daha sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıb: “Magistral yollarda sürət həddini aşmasınlar. Dönmə və ötmə əməliyyatlarını yerinə yetirərkən ehtiyatlı olsunlar. Yüksək musiqi səsləndirərək maşın sürməsinlər”.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












