Yol polisi rüşvət iddialarına cavab verdi

"Əgər Bakının giriş-çıxışlarında yol polisi əməkdaşlarının rayonlardan gələn avtomobil sürücülərindən rüşvət alması faktları varsa, vətəndaşlar bizə müraciət etsinlər". Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev milli.az-a açıqlamasında sosial şəbəkələrdə yol polisi əməkdaşlarının günün müəyyən edilmiş saatlarında paytaxta girişi qadağan edilmiş Bakı qeydiyyatında olmayan avtomobillərin sürücülərinin bəzilərindən rüşvət alaraq onları şəhərə buraxması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Şöbə rəisi bildirib ki, Bakı qeydiyyatı olmayan avtomobillərin gündüz saatlarında paytaxta daxil olmasının qarşısını almaq üçün şəhərin giriş hissələrində müvafiq postlar yaradılıb və orada xidmət edən yol polislərinin işindən hələ ki, idarəyə rəsmi şikayət daxil olmayıb: "Dedi-qodu və şayiələrə əsasən belə şeyləri danışmaq lazım deyil. Əgər kimdəsə hansısa sürücünün yol polislərinə rüşvət verib postdan keçməsinə dair konkret faktlar varsa, kütləvi informasiya vasitlərinə və ya bizə müraciət edib, həmin faktları təqdim etsin. Biz də onu KİV-in iştirakı ilə araşdıraq. Əgər belə hallar baş veribsə, həmin əməkdaş müvafiq qaydada məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaq. Amma mən belə şeyin baş verdiyini inandırıcı hesab etmirəm".
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO










