Yol polisi yolda qəza şəraiti yaradır - FOTO

Bu foto iyulun 30-da, səhər saat 11:00 radələrində Zaqatala rayonunda çəkilib. 10 YP 988 dövlət nömrə nişanlı yol-patrul xidməti avtomobili yolun hərəkət hissəsində dayanıb, heç bir təhlükəsizlik tədbiri görmür və sürücüyə protokol yazır. Bu zaman yol polisi əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməyərək nə qəza işıqlarını yandırır, nə də sayrışan işıqları. Fotoya diqqətlə baxdıqda səki ilə YPX maşını arasındakı məsafə aydın görünür. O da görünür ki, yol polisinin maşını saxlayıb protokol yazdığı hissə yolun hərəkət hissəsidir. Bəs, qanunvericilikdə bu məsələ necə tənzimlənir? Yol polisi protokolu harada yaza bilər? Yolun ortasında dayanıb qayda pozan sürücünü cəzalandırmaq olarmı?
"Yol-patrul xidməti haqqında" təlimatda deyilir ki, arzuolunmaz nəticələrin baş verməsinin qarşısının alınması üçün təxirəsalınmaz dayandırma zərurətinin olduğu hallar istisna olmaqla, nəqliyyat vasitəsinin yolun məhdud görüntülü hissələrində, döngədən əvvəl və ya sonra, bilavasitə yoxuşun sonundan əvvəl və ya sonra, yolayrıcının, piyada keçidlərinin qarşısında, dəmiryol keçidləri zonasında, tunellərdə, hərəkət istiqamətində 3-dən az hərəkət zolağı olan körpülərdə (yol ötürücülərində) və digər təhlükəli yerlərdə DYP əməkdaşları tərəfindən dayandırılması qadağandır. Nəqliyyat vasitələrinin dayandırılması minimal müddətə və hərəkət üçün maneə yaratmayan yerlərdə həyata keçirilməlidir. Ona görə də qaydanı pozan sürücünün avtomobili yolun qırağında dayanma və durmanın qadağan edilmədiyi yerdə və vəziyyətdə dayandırılmalıdır. Hətta əgər sürücü qadağan olunan yerdə və vəziyyətdə dayanarsa, DYP əməkdaşı ona göstəriş verməlidir ki, lazımi yerdə dayansın. Burada istisnaya yalnız xüsusi zərurət olan hallarda yol verilə bilər.
Elməddin
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO










